Havada toz müşahidə olunur

10:04 2 Aprel 2024

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Sitat.info xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. 

“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.



Xəbər xətti