BMT: İsrail Fələstində 196 humanitar işçini öldürüb

22:09 2 Aprel 2024

BMT oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin torpaqlarında (İsrail tərəfindən) öldürülən humanitar işçilərin sayının 196-ya çatdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Təcili olaraq humanitar atəşkəs çağırışlarını təkrarlayan Dujarrik, BMT-nin Qəzzaya Humanitar Yardım və Yenidənqurma üzrə Yüksək Koordinatoru Siqrid Kaaqın İsrailin hava hücumunda öldürülməsindən bir gün əvvəl Qəzzada World Central Kitchen (WCK) işçiləri ilə görüşdüyünü bildirib.

Kənan 

Sitat.info



Xəbər xətti