Dünya Bankının hesablamalarına görə, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada kritik infrastrukturlara dəyən zərərin yanvar ayının sonu etibarilə 18,5 milyard dollar civarında olduğu bildirilir.
Sitat.info xəbər verir ki, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırladığı “Qəzzanın Müvəqqəti Zərərin Qiymətləndirilməsi Hesabatı”nı dərc edib.
Bankın hesabatla bağlı verdiyi açıqlamaya görə, Qəzzada kritik infrastrukturlara dəyən zərərin yanvar ayının sonu etibarilə təxminən 18,5 milyard dollar olduğu təxmin edilir. Bu məbləğ 2022-ci ildə İordan çayının qərb sahili və Qəzzanın ümumi ümumi daxili məhsulunun 97 faizinə bərabərdir.
Kənan Yusif
Sitat.info