BMT: Beynəlxalq humanitar hüquqa etinasızlıq artmaqda davam edir

01:42 4 Aprel 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin "silahlı münaqişədə olan uşaqlar" üzrə xüsusi nümayəndəsi Virciniya Qamba bəyan edib ki, beynəlxalq humanitar hüquqa açıq-aşkar etinasızlıq bütün dünyada artmaqda davam edir.

Sitat.info xəbər verir ki, Qamba BMT Təhlükəsizlik Şurasının “Uşaqlar və Silahlı Münaqişə: Uşaqların Humanitar Yardıma Çıxışının Əngəllənməsinin Nəticələrinin Müzakirəsi” adlı iclasında çıxış edib.

Qamba, BMT-nin qeydlərinə görə, 2022-ci ilin 3941 hadisə ilə humanitar yardımların uşaqlara girişinin qadağan edildiyi ən sıx il olduğunu və ən çox hadisənin işğal olunmuş Fələstin əraziləri, Yəmən, Əfqanıstan və Malidə qeydə alındığını bildirib.

Kənan Yusif

Sitat.info



Xəbər xətti