Təyyarə yük maşınına çırpıldı

20:34 4 Aprel 2024

Moskvanın Domodedovo hava limanında yük maşını "Emirates Airbus A380" təyyarəsinə çırpılıb.

Sitat.info xəbər verir ki, qəzaya sürücünün yük maşınını idarə edərkən qəfil insult keçirməsi səbəb olub.

Sürücü dərhal xəstəxanaya yerləşdirilib. Sərnişinlər hələ təyyarəyə minmədiklərindən xəsarət alan olmayıb.

Hava limanından bildirilib ki, həmin reysin sərnişinləri başqa təyyarəyə köçürülüb.

Təyyarəyə dəyən ziyanın böyük olduğu qeyd olunur.

Türkan

Sitat.info



Xəbər xətti