Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb

09:54 5 Aprel 2024

Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb.

Sitat.info-nun məlumatına görə, bu barədə fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üzrə qərargahın hesabatında deyilib.

Məlumata əsasən, 1 106 sakin xəsarət alıb.

Yenilənmiş məlumatlara görə, 705 nəfər çətinliklə gedilə bilən ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin düşmüş sayılır.



Xəbər xətti