Norveç müdafiə xərclərini 56 milyard dollar artırır

21:04 5 Aprel 2024

Norveç hökuməti "tarixi artım" olaraq xarakterizə etdiyi "müdafiə büdcəsini 12 ildə təxminən 56 milyard dollar artırmağı hədəfləyən büdcə planını" parlamentə təqdim edəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Norveç hökuməti özünün rəsmi internet saytında uzunmüddətli müdafiə büdcəsi planı ilə bağlı açıqlama yayıb və bunu "tarixi artım" kimi qiymətləndirib.

Açıqlamaya görə, Norveçin Baş naziri Jonas Gahr Store, müdafiə büdcəsini 12 ildə təxminən 56 milyard dollar (600 milyard kron) artıraraq 2036-cı ilə qədər ümumi müdafiə xərclərini təxminən 152 milyard dollar (1624 milyard kron) hədəflədiklərini ifadə edib.

Kənan Yusif

Sitat.info



Xəbər xətti