Cənubi Koreya ikinci casus peykini orbitə buraxıb

11:40 8 Aprel 2024

Cənubi Koreya "SpaceX" tərəfindən istehsal edilən "Falcon 9" adlı raketin daşıdığı ikinci casus peykinin uğurla orbitə buraxıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyi ölkənin ikinci casus peykinin orbitə çıxarılması ilə bağlı açıqlama verib.

Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "SpaceX"in "Falcon 9" raketi ilə uğurla orbitə buraxılan peyk buraxılışdan təxminən 45 dəqiqə sonra orbitə daxil olub.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti