Fransanın xarici işlər naziri Stefan Sejourne Qəzzaya humanitar yardım çatdırmaq üçün İsrailə təzyiq və sanksiyaların tətbiq oluna biləcəyini açıqlayıb. Sejourne, Fələstin məsələsinin iki dövlətli həllinin tərəfdarı olduqlarını və ölkəsinin “İsrailin dostu” olmağa davam edəcəyini bildirib.
Sitat.info xəbər verir ki, İsrailə sanksiya siqnalı da növbəti dəfə Fransadan gəlib.
Sejourne qonaq olduğu Fransanın RFI radiosu ilə France 24 kanalının birgə yayımında Qəzzaya humanitar yardım məsələsini müzakirə edib.
Kənan Yusif
Sitat.info