Çin dövlət rəhbəri Si Cinpin Pekin və Moskvanın çoxpartiyalı platformalarda koordinasiyanı gücləndirməklə “Qlobal Cənub” ölkələrini birləşdirməli və qlobal idarəetmə sistemində islahatları təşviq etməli olduğunu vurğulayıb.
Sitat.info xəbər verir ki, Ukraynada davam edən müharibəyə görə ABŞ və Avropanın sanksiyaları altında olan Rusiyaya yaxınlaşma siyasətini davam etdirən Çindən dəstək mesajları gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfəri zamanı həmkarı Vanq Yi ilə təmaslarına əlavə olaraq, Çin Prezidenti Si Cinpin tərəfindən də qəbul edilib.
Səfər zamanı Lavrov İki ölkə arasında münasibətlərin inkişafını yüksək qiymətləndirən və beynəlxalq arenada Moskva administrasiyasına dəstəyin davam etdiriləcəyinə dair mesajlarla qarşılanıb.
Kənan Yusif
Sitat.info