Novxanıda yolda qoyun otaran şəxs həbs edildi

17:15 11 Aprel 2024

Abşeron rayonu, Novxanı qəsəbəsində magistiral yolda qoyun otaran şəxs saxlanılıb.

Sitat.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Elvin Cəfərov (ad-soyad-şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, polislər Elvinin Novxanı qəsəbəsində avtomobil yolunun üzərində qoyun otardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və ona etdiyi əməlin inzibati xəta olduğunu deyərək irad bildiriblər. Həmin şəxs isə polislərə özü haqqında heç bir məlumat verməyəcəyini deyib və aqressiv hərəkətlər edib.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə günü spirtli içki qəbul etdiyini və əsəbi olduğunu vurğulayıb. Əməlindən peşman olduğunu deyib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbmüddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

 



Xəbər xətti