Rusiya hərbi təlimatçıları Nigerə gəlib

09:02 12 Aprel 2024

Rusiya hərbi mütəxəssisləri Nigerə gəliblər və burada yerli hərbçilərə təlim keçəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə Niger Radio və Televiziya İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Niger Rusiya Federasiyası ilə hərbi əməkdaşlıq çərçivəsində alınmış müasir hava hücumundan müdafiə sistemi ilə təchiz olunub. Bu sistemi quraşdırmaq və Niger ordusuna təlim keçirmək üçün 100 rusiyalı hərbi təlimatçı Niamey şəhərinə gəlib.



Xəbər xətti