Rusiya bu ölkənin səfirliyinin əməkdaşını ölkədən çıxarır

14:00 12 Aprel 2024

Sloveniyanın Rusiyadakı səfiri Darya Bavdaj-Kuret Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Sloveniyadakı səfirliyinin əməkdaşının akkreditasiyadan məhrum olunması ilə əlaqədar olaraq səfirə etiraz notası təqdim olunub. Bundan başqa, Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşı Rusiya Federasiyası tərəfindən "persona non grata" elan olunub.

Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi martın 21-də rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib. Nazirlik qeyd edib ki, sözügedən şəxs diplomatik statusuna uyğun olmayan fəaliyyətlə məşğul olub.



Xəbər xətti