İsrail ordusunun Qəzza zolağında bir evi bombalaması nəticəsində azı 29 fələstinli həyatını itirib.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, İsrail ordusu Qəzza şəhərinin Sidra bölgəsindəki Ed-Derec məhəlləsində Yaffa küçəsində yerləşən fələstinli “Ət-Təbatibi” ailəsinə məxsus evi bombalayıb.
İlkin məlumata görə, hücumda 29 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Kənan Yusif
Sitat.info