Rusiyanın daha bir vilayəti daşqın təhlükəsi ilə üz-üzə qaldı

17:45 12 Aprel 2024

Rusiyanın Tomsk vilayətinin iki kəndində daşqınla bağlı fövqəladə vəziyyət elan edilib.

Sitat.info xəbər verir ki, bu barədə Tomsk rayon rəhbəri Vyaçeslav Çernous məlumat verib.

“Zareçnı və Spasski kəndlərində fövqəladə rejim tətbiq etmək qərarına gəldim. Fövqəladə rejim sel sularının keçməsi zamanı operativ tədbirlərin görülməsi məqsədilə tətbiq edilib”, - çernous bildirib.

Onun sözlərinə görə, köçürülən kəndlərin əhalisi Verşinino, Baturino, Kaftançikofo, Kislovka kəndlərinin və Siniy Utes qəsəbəsinin məktəblərində yerləşdirilib.



Xəbər xətti