Türkiyədə kanat yüksəklikdən aşıb

11:49 13 Aprel 2024

Türkiyənin Antalya vilayətində funikulyor yüksəklikdən aşıb, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazir qeyd edib ki, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.

Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb olunub.

Qeyd edək ki, hadisə Antalyanın qərbindəki Konyaaltı çimərliyindən dağa qalxan liftdə baş verib. Antalya Böyükşəhər Bələdiyyəsinə məxsus kanat yolunun dirəklərindən biri qoparaq kabinəyə dəyib. Kabinənin döşəməsi qırılan zaman içəridə olan səkkiz nəfər bir neçə metr hündürlükdən yerə yıxılıb.



Xəbər xətti