Netanyahu İrana zərbə təklifini niyə qəbul etməyib?

20:00 15 Aprel 2024

İsrailin fövqəladə kabinetinin üzvləri Benni Qantz və Qadi Ayzenkot hücumdan sonra İrana dərhal əks-hücum təşkil etməyi təklif etdilər, lakin Baş nazir Benyamin Netanyahu bu fikrə qarşı çıxdı.

Sitat.info xəbər verir ki, bu barədə “Axios” nəşri adının çəkilməsini istəməyən israilli mənbəyə istinadla yazıb.

“Qantz və Ayzenkot bildiriblər ki, İsrail nə qədər gözləsə, beynəlxalq ictimaiyyətə əks-hücumun qanuniliyini izah etmək bir o qədər çətin olacaq. Nazirlər İran PUA-larının İsrailə doğru uçmağa davam etdiyi zaman əks-hücumun zərbə mübadiləsinə son qoyacağı fikrini irəli sürüblər.

Netanyahu və hərbi kabinetin digər üzvləri bu fikrə qarşı çıxıblar, çünki o zaman İranın zərbələri nəticəsində insan tələfatı və ya ölənlərin olub-olmadığı, hansı ziyanın dəydiyi bəlli deyildi”, - mənbə bildirib.

Qeyd olunub ki, Netanyahu Baydenlə telefon zəngini gözləyib:

“Bir neçə cavab variantı var idi, lakin Baydenin zəngi onların qarşısını aldı”.



Xəbər xətti