Ukrayna ABŞ-ı hədələdi: Verməsəz, vuracağıq!

15:35 16 Aprel 2024

Əgər “Patriot” zenit raket komplekslərinin akkumulyatorları verilməsə, Ukrayna ABŞ-ın neft zavodu ilə bağlı çağırışına niyə qulaq asmalıdır?!

Sitat.info Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Ukrayna rəmisi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Rusiyaya hücumla bağlı çağırışını şərh edib:

“Əgər tərəfdaşlar desələr, sabah sizə yeddi “Patriot” akkumulyatoru verəcəyik, amma filan işi görməyin, deməli, o zaman ortada müzakirə ediləsi nəsə var. Lakin belə bir şey yoxdursa, o zaman nəyi müzakirə edəcəyik? Rusiya neft emalı zavoduna edilən hücum ancaq onun enerji bazarına təsir göstərək. Bu, qlobal hücum deyil”.

Qeyd edək ki, bir müddət öncə ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanı dünya yanacaq bazarında sabitliyin pozulmaması üçün Rusiyanın neft emalı zavoduna hücum etməməyə çağırıb.



Xəbər xətti