Slovakiya Ukraynanın NATO üzvlüyünə qarşı çıxacaq

17:21 16 Aprel 2024

Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmasının əleyhinə olacaq.

Sitat.info xəbər verir ki, bu sözləri ölkənin baş naziri Robert Fiko mətbuat konfransında deyib.

“Ukrayna NATO-ya daxil olmaq istəyə bilər. Bu, onların öz qərarıdır. Ancaq biz parlamentdə onların əleyhinə olacağıq. Çünki Slovakiyanın neytral Ukraynaya ehtiyacı var, əgər Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək”, deyə baş nazir bildirib.

Robert Fiko həmçinin qeyd edib ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir. 

Türkan

Sitat.info



Xəbər xətti