ABŞ-dan İrana sanksiya xəbərdarlığı

23:20 16 Aprel 2024

ABŞ-ın maliyyə naziri Canet Yellen İranın İsrailə hücumundan sonra ölkəyə qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, Yellen Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Bahar Toplantıları çərçivəsində keçirdiyi mətbuat konfransında gündəmlə bağlı qiymətləndirmələr edib.

Çıxışının əvvəlində həftə sonu İranın İsrailə hücumuna toxunan Yellen deyib: "Xəzinədarlıq İran rejiminin pis niyyətli və sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq üçün sanksiyalar səlahiyyətimizdən istifadə etmək üçün müttəfiqlərimizlə işləməkdən çəkinməyəcək".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti