İsrail məktəbə hücum edib: 2-si uşaq olmaqla 4 nəfər ölüb

10:27 18 Aprel 2024

İsrail ordusunun Qəzza zolağında didərgin düşmüş mülki şəxslərin sığındığı məktəbi bombalaması nəticəsində 2-si uşaq olmaqla 4 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, İsrail Qəzza şəhərinin qərbində yerləşən Əl-Şati Qaçqınlar Düşərgəsində sığınacaq mərkəzi kimi istifadə edilən Şuheybir məktəbini hədəf alıb.

İsrail ordusunun hücumunda 2-si uşaq olmaqla 4 mülki vətəndaş həyatını itirib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti