Fələstinlilər Çeçenistanda “cihad maşını” yığacaq

17:45 18 Aprel 2024

Fələstinlilər “Çeçenavto” zavodunda işlə təmin olunacaqlar.

Axar.az xəbər verir ki, bunu Çeçenistanın sənaye və energetika naziri Adam Hakimov deyib.

“Məcburi köçkünləri mütləq işlə təmin edəcəyik. Nəticədə onlar başqaları ilə bərabər respublikanın tamhüquqlu vətəndaşlarına çevriləcək, əməkhaqqı və pensiya alacaqlar”, - Hakimov bildirib.

Onun sözlərinə görə, fələstinlilər əvvəlcə Qroznı Dövlət Neft Texniki Universitetinin qabaqcıl mühəndislik məktəblərində təlim keçəcəklər.

Qeyd edək ki, “Çeçenavto” zavodunda “cihad maşını” adlı hərbi avtomobil yığılır.



Xəbər xətti