KTMT baş katibi sülhməramlıların çıxmasından danışdı

13:40 22 Aprel 2024

Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var.

Sitat.info xəbər verir ki, bunu KTMT baş katibi İmanqali Tasmaqambetov deyib.

“Rusiya sülhməramlılarının Qarabağda varlığına gəlincə, hazırda bura təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrinə malik olan Azərbaycan ərazisidir və təbii ki, bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - Tasmaqambetov bildirib.



Xəbər xətti