Bakı və İrəvanın razılaşmasını alqışlayırıq - Tiflis

19:56 22 Aprel 2024

Gürcüstan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi X hesabında bildirib

"Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir", - paylaşımda qeyd olunub.



Xəbər xətti