Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə zamanı “Moskva” kreyserinin batmasının Ukrayna üçün sərfəli olduğunu bildirib.
O, həmçinin hadisəni faciə hesab etmədiyini də əlavə edib.
“Bilirik ki, kreyser artıq yoxdur. Bizim üçün bu, ölkəmizə qarşı güclü silahdır, bu səbəbdən də onun batması bizim üçün faciə deyil. Onların imkanları nə qədər az olsa, bizim üçün də bir o qədər yaxşı olar”, - deyə V.Zelenski qeyd edib.