Rusiya 2 Latviya diplomatını “persona-non-qrata” elan edib

20:51 25 Aprel 2024

Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomatın “persona-non-qrata” elan edilməsinə qərar verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Latviya daha əvvəl 2 rusiyalı diplomatı “persona-non-qrata” elan edib.

Bəyanatda bunun “əsassız” addım olduğu və bu səbəbdən Latviyanın Moskva səfirliyinin müvəqqəti işlər vəkili Dace Rutkanın nazirliyə çağırıldığı bildirilib.

Açıqlamada aşağıdakılar qeyd olunub:

"Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomat qarşılıqlılıq prinsipinə və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq deportasiya edilir. Latviya tərəfinə Riqanın Rusiya diplomatlarına qarşı düşmənçilik fəaliyyətini davam etdirərsə, Moskvanın  qaçınılmaz ağrılı addımlar atacağı bildirilir". 

Kənan Yusif 

Sitat.info



Xəbər xətti