Polşa: Ərazimizdə nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

18:32 29 Aprel 2024

Polşa prezidenti Anjey Duda bildirib ki, onun ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib.

Sitat.info xəbər verir ki, Kanadanın CTV News telekanalına danışan Duda, NATO-nun şərq cinahını gücləndirmək qərarına gələrsə, öz ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalını qiymətləndirib.

Duda deyib ki, belə bir qərarla bağlı məlumatım yoxdur. Şüurlu olaraq bildiririk ki, belə bir qərar verilməyib, amma hazırıq. 

Kənan Yusif 

Sitat.info



Xəbər xətti