"Azərbaycanda proqozlaşdırıldığı kimi, həm gündəlik yoluxma sayı, həm də aktiv yoluxmuş insan sayı artmağa davam edir. Bu hələ son rəqəm deyil, hələ ki, 15-16 min yoluixmaya yaxınlaşırıq. Bunun davamını da görəcəyik".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında tanınmış həkim Vasif İsmayıl deyib.
Onun sözlərinə görə, hələ bu rəqəmlər real yoluxma sayından xeyli aşağıdır: "İndiki virus o qədər də ağır keçmədiyi üçün bir çox insanlar test vermirlər. Ona görə də, hələ ki, biz real rəqəmləri görmürük. Belə davam edərsə, mən karantin qaydalarının sərtləşdiriləcəyini düşünmürəm".
V.İsmayıl hesab edir ki, bu qərarın verilməsi ümumu yoluxma sayı ilə müqayisədə səhiyyə xidmətinin vəziyyəti ilə bağlıdır: "İndi aktiv xəstə sayı 15 min nəfərə yaxınlaşıb. Səhiyyə xidməti hər hansı problem hiss eləmir. Amma əgər səhiyyə xidmətini çətinə salacaq dərəcədə yoluxmalar artsa, o zaman müəyyən karantin tədbirləri ilə bağlı qərar verilə bilər. Yoluxma prosesinin sürətlənməsindən iki həftə keçib, bu durum daha 2 həftə davam edib ondan sonra sönəcək. Bu mənada mən hər hansı karantin sərtləşməsini gözləmirəm".