Cameron: HƏMAS-a 40 günlük atəşkəs təklif edildi

19:12 30 Aprel 2024

Britaniyanın xarici işlər naziri Devid Cameron HƏMAS-a 40 günlük atəşkəs və minlərlə fələstinli məhbusun azad edilməsi müqabilində İsrailli məhbusların azad edilməsi təklif edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Cameron Səudiyyə Ərəbistanında keçirilən “Beynəlxalq Ər-Riyad İqtisadi Forumu”nda iştirak etdiyi iclasda Qəzza zolağında təklif edilən yeni atəşkəs və İsraillə əsir mübadiləsi razılaşması ilə bağlı açıqlamalar verib.

Nazir Cameron aşağıdakı ifadələrdən istifadə edib:

"(İsrailli) əsirlərin və potensial olaraq minlərlə fələstinli məhbusun azad edilməsi müqabilində Qəzzada 40 günlük daimi atəşkəs üçün səxavətli təklif var. Ümid edirik ki, Həmas bu razılaşmanı qəbul edəcək. Açığı, dünyanın bütün təzyiqləri və gözləri bu gün onların üzərində olmalıdır və "bu müqaviləni qəbul edin" deməlidir". 

Kənan Yusif 

Sitat.info



Xəbər xətti