Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

18:51 1 May 2024

Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.

Sitat.info xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov almaniyalı parlamentarinin növbəti ittihamlarına cavab olaraq X hesabında yazıb.

Onun sözlərinə görə, Frank Şvabe qorxur:

"Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.

Qeyd edək ki, S.Seyidovla F.Şvabe arasında "söz dueli" aprelin 30-da başlayıb. Belə ki, Şvabe X hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

S.Seyidov isə ona cavab olaraq bildirib ki, Şvabenin bu hərəkətləri siyasi terrorçuluqdur. Adıçəkilən siyasətçi hər şeydən əvvəl beynəlxalq hüquq normalarını tapdalayır.



Xəbər xətti