Mərkəzi Seçki Komissiyası artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.
Sitat.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur:
"Artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar bu proses sürətləndirilməlidir”.