Faktiki hava şəraiti açıqlandı

18:45 4 May 2024

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astaraya yağış, Şahdağa sulu qar yağıb.

Şərura saat 13:55-14:15 radələrində diamateri 1 mm olan dolu düşüb.

Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.



Xəbər xətti