Putin bu gün 5-ci dəfə and içəcək

12:20 7 May 2024

 

Bu gün Vladimir Putinin Rusiya prezidenti kimi beşinci dəfə andiçmə mərasimi keçiriləcək.

Sitat.info xəbər verir ki, tədbir mayın 7-də günortadan sonra Kremlin Böyük Sarayında baş tutacaq.

Bundan sonra Putin daha 6 il, 2030-cu il mayın 7-nə kimi dövlət başçısı kimi qalmaq hüququ qazanacaq. Putin beşinci prezidentlik müddətinin sonunda İvan Qroznı və II Yekaterinadan sonra Rusiyanın ən uzun müddət hakimiyyətdə olan başçısı sayıla bilər.

İndiyədək Putin 4 dəfə inauqurasiya mərasimi keçirib: 2000, 2004, 2012 və 2018-ci illərdə.

Mayın 7-də Kremlin ərazisi ziyarətçilər üçün bağlı olacaq, andiçmə mərasimi Rusiya telekanalları ilə canlı yayımlanacaq.

Cənubi Qafqaz ölkələrinin liderləri - Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində iştirakı gözlənilmir.



Xəbər xətti