Vəliəhd Salmana sui-qəsd: ölənlər var

12:54 7 May 2024

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sui-qəsd edilib. Səudiyyə şahzadələrindən biri onu öldürməyə cəhd edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Məlumata görə, onun avtomobili partladılıb, nəticədə kral qvardiyasının üzvləri həlak olub, lakin vəliəhd şahzadənin özünə heç nə olmayıb.

“Kral mühafizəçiləri arasında çoxlu ölü var”, - məlumatda iddia edilib.



Xəbər xətti