Rusiya XİN-dən üçtərəfli bəyanatla bağlı açıqlama

15:57 8 May 2024

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur.

Sitat.info xəbər verir ki, bunu Report-a Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlər toplusu hazırkı şəraitdə də aktuallığını qoruyur. Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm yoxdur”, - məlumatda qeyd edilib.



Xəbər xətti