Qəzzada İsrail qüvvələrinin qurbanlarının sayı 34 900 nəfəri ötüb

23:12 9 May 2024

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların başlamasından bəri 34,900-dən çox fələstinli həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, anklavda 78 514 nəfər xəsarət alıb. Təkcə son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrinin bombalanması və atəşə tutulması nəticəsində 60 nəfər ölüb, 11 nəfər yaralanıb.

Türkan 

Sitat.info



Xəbər xətti