Bayden Trampla debat etmək istəyir

13:27 10 May 2024

ABŞ prezidenti Co Bayden hazırkı prezidentlik yarışı çərçivəsində sabiq ölkə lideri Donald Trampla debat etməyə hazır olduğunu təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə C.Bayden D.Trampla debat etmək niyyətində olub-olmadığı sualına cavabında deyib.

"Bunu təşkil edin", - deyə ABŞ prezidenti bildirib.

Bundan əvvəl də Amerika prezidenti D.Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.



Xəbər xətti