Əhmədinejadın Macarıstana səfəri etirazla qarşılandı

14:16 10 May 2024

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Macarıstana səfəri İsrailin Macarıstandakı səfirliyi və yəhudi icmasının etirazına səbəb olub.

Sitat.info xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Onlar Holokostu inkar edən bir şəxsin bu ölkəyə dəvət olunmasının qəbuledilməz olduğunu deyiblər.

Xatırladaq ki, mayın 7-də Əhmədinejad Macarıstanın Ludovika Dövlət Xidmətləri Universitetinin dəvəti ilə “Qlobal Ətraf Mühitdə Ümumi Dəyərlər” mövzusunda toplantıda iştirak etmək üçün Macarıstana səfər edib.



Xəbər xətti