BNA 10 manatlıq şirkətə 3 milyon manat ödəyəcək - İşıqfor alır...

17:22 31 Yanvar 2022

Bakı Nəqliyyat Agentliyi (BNA) açıq tenderə yekun vurub.
"NewsCafe" xəbər verir ki, tender yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması, habelə, mövcud işıqfor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması ilə bağlı olub.
Tenderin qalibi "Techmaster" MMC-dir.
Qalib şirkətə 3 milyon 178,6 min manat ödəniləcək. 2016-cı ildə yaradılan "Techmaster" şirkətinin nizamnamə kapitalı 10 manatdır.



Xəbər xətti