İrəvanda itaətsizlik aksiyalarının 170-dən çox iştirakçısı müxtəlif polis idarələrinə aparılıb.
Sitat.info xəbər verir ki, bu barədə müxalifət hərəkatının lideri Qarnik Danielyan bildirib.
Onun sözlərinə görə, saxlanılan etirazçıların hamısı sərbəst buraxılıb:
"Gün ərzində itaətsizlik aksiyasının 171 iştirakçısı saxlanılıb. Polis güc tətbiq edib. İndi saxlanılanların hamısı sərbəst buraxılıb"- deyə o qeyd edib.
Xatırladaq ki, Ermənistanda Tavuş rayonunda Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına o cümlədən, 4 kəndin Azərbaycana qaytarılmasına qarşı “Vətən naminə Tavuş” aksiyası keçirilir. Hərəkata hökumət və Qərb tərəfindən etirazların təşkili üçün Rusiyadan pul almaqda ittiham edilən arxiyepiskop Baqrat rəhbərlik edir.
Türkan
Sitat.info