Nigeriyada həmkarlar ittifaqları elektrik enerjisinin qiymətlərini artıracaqlarını açıqlayan hökumətə qarşı etiraz aksiyaları təşkil ediblər.
Sitat.info xəbər verir ki, mövzu ilə bağlı yerli media məlumat yayıb.
Belə ki, Nigeriya Əmək Konfederasiyası (NLC) Nigeriya Elektrik Tənzimləmə Komissiyasının (NERC) artımla bağlı açıqlamasına cavab olaraq, Abuja şəhərində elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq yürüş keçirilib.
Etirazçılar əllərində elektrik enerjisinin artırılmasına qarşı plakatlar qaldırıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Türkan
Sitat.info