İsrail Qəzzada daha 40 nəfəri qətlə yetirib

21:17 14 May 2024

İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 40-a çatıb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA bildirib.

Məlumata görə, İsrail zolağın mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsində 3 mərtəbəli evi bombalayıb.

Gecə saatlarında baş verən hücumdan sonra mülki axtarış-xilasetmə qrupları gün açılan kimi dağıntılar altında axtarışlarını gücləndirib.

Ətrafdakı insanların qruplara verdiyi dəstək ilə hücumda həyatını itirənlərin cəsədləri və yaralılar çökən binanın dağıntıları altından çıxarılıb.

Türkan 

Sitat.info



Xəbər xətti