CENTCOM: Qəzzada müvəqqəti limanın quraşdırılması başa çatıb

12:39 17 May 2024

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında humanitar yardım üçün qurulan müvəqqəti limanın tamamlandığını və yardımların bir neçə gün ərzində başlayacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Komandanlığın sosial media hesabından edilən açıqlamada, CENTCOM personalının fələstinli mülki vətəndaşlara humanitar yardım səylərini dəstəkləmək üçün səhər saatlarında Qəzza sahillərində qurulan müvəqqəti limana lövbər saldığı bildirilib.

Açıqlamada heç bir ABŞ əsgərinin Qəzzaya girmədiyi, Humanitar yardım daşıyan yük maşınları ilə gələn yardımın bir neçə gün ərzində çimərlikdən alınmasının gözlənildiyi ifadə edilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti