Cənubi Afrikada binanın çökməsi nəticəsində 33 nəfər ölüb

22:14 17 May 2024

Mayın 6-da Cənubi Afrikanın Corc şəhərində tikilməkdə olan çoxmərtəbəli binanın çökməsi nəticəsində 33 nəfər ölüb.

Sitat.info xəbər verir ki, Cənubi Afrika Respublikasının Corc Bələdiyyəsindən verilən açıqlamada, bu gündən etibarən dağıntılar altında qalan 62 işçinin hamısının xilas edildiyi, axtarış-xilasetmə işlərinin sona çatdığı bildirilib.

Açıqlamada hadisə nəticəsində 33 nəfərin həyatını itirdiyi qeyd edilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti