Vyetnamın yeni prezidenti seçilib

11:23 22 May 2024

Vyetnam Sosialist Respublikasının (VSR) Milli Assambleyası (birpalatalı parlament) 15-ci çağırış Milli Assambleyasının Hanoyda keçirilən yeddinci sessiyasında hakim partiyanın Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, ictimai təhlükəsizlik naziri, ordu generalı To Lamı yeni prezident seçib.

Sitat.info xəbər verir ki, bu barədə Milli Assambleyanın mətbuat xidmətinin rəhbəri Buy Van Kıonq bildirib.

Məlumata əsasən, 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi ilə bağlı qətnaməni Milli Assambleyanın iclasda iştirak edən 473 deputatından 472-si dəstəkləyib.

Qeyd edilib ki, Vyetnam Konstitusiyasına əsasən, Milli Assambleya ölkə rəhbərliyini təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olan ən ali orqan hesab olunur.



Xəbər xətti