Oksford Universitetində Qəzzaya dəstək aksiyası: 16 tələbə saxlanılıb

22:37 23 May 2024

İngiltərənin Oksford Universitetinin İsraillə əlaqələri kəsməsi və Qəzzada atəşkəs tələbi ilə rektorluq binasında başlayan oturaq aksiyaya polis müdaxilə edib, 16 tələbə saxlanılıb.

Sitat.info xəbər verir ki, İngiltərənin Oksford Universitetinin Fələstin üçün Oksford Fəaliyyəti tələbə qrupunun verdiyi açıqlamaya görə, tələbələr bu gün səhər saatlarında universitetin rektorluq binası qarşısında oturaq etiraz aksiyasına başlayıblar.

Açıqlamada tələbələrin məktəbdə iki fərqli nöqtədə çadır qurduqları və universitetin İsraillə işbirliyinə etiraz etdikləri bildirilib:

“Oturaq aksiya universitet rəhbərliyinin tələbə koalisiyasının görüşü tələbi ilə keçirilib. Bəyanatımızda oturaq aksiyanın səbəbləri sadalanıb və administrasiyadan mümkün qədər tez danışıqlara çağırılıb”.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti