Netanyahuya sosial iğtişaşlara görə 4 dəfə xəbərdarlıq edilib

22:39 23 May 2024

İsrail ordusunun 2023-cü il oktyabrın 7-də Qəssam Briqadalarının hücumundan əvvəl baş nazir Benyamin Netanyahuya ölkədəki sosial iğtişaşlarla bağlı 4 dəfə xəbərdarlıq etdiyi ortaya çıxıb.

Sitat.info xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərə görə, İsrail ordusu məlumat tələbi çərçivəsində məsələ ilə bağlı “Hatzlacha” qeyri-hökumət təşkilatına açıqlama verib.

Buna uyğun olaraq, İsrail ordusunun kəşfiyyat bölməsi ötən ilin mart-iyul ayları arasında baş nazir Benyamin Netanyahuya "İsrailin düşmənlərinin ölkədəki sosial iğtişaşlara necə baxdığı" ilə bağlı dörd fərqli xəbərdarlıq məktubu göndərib.

Kənan Yusif 

​​​​​Sitat.info



Xəbər xətti