Putin ABŞ-ın ölkədəki aktivlərindən istifadəyə icazə verib

22:45 23 May 2024

Rusiya prezidenti Vladimir Putin Rusiyaya və ya Rusiya Mərkəzi Bankına dəyən zərərin ödənilməsi üçün ölkəsində ABŞ-a və ya ABŞ-a bağlı şirkət və şəxslərə məxsus aktivlərin istifadəsinə icazə verib.

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı və Rusiyadakı ABŞ-a məxsus aktivlərə qarşı atılacaq addımları ehtiva edən fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Müvafiq olaraq, ABŞ tərəfindən zərər görən hüquq sahibləri Rusiya məhkəmələrində iddia qaldıra, ABŞ-ın və ABŞ-a bağlı şirkətlərin və şəxslərin ölkədəki aktivləri müəyyən edilən zərərin ödənilməsi üçün istifadə edilə bilər.

Kənan Yusif 

Sitat.info 



Xəbər xətti