Çin ABŞ-nin Rusiyaya qarşı sanksiyalarına qarşı mübarizə aparacaq

23:56 23 May 2024

Çin hakimiyyəti Rusiya və Ukrayna böhranı ilə bağlı Amerikanın birtərəfli sanksiyalarına cavab olaraq Çin şirkətlərinin maraqlarını qətiyyətlə müdafiə edəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə "Global Times"a müsahibəsində Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haidonq bildirib.

“ABŞ Ukrayna böhranından bəhanə kimi istifadə edən Çin şirkətlərinə sanksiyalar tətbiq etsə və onları cəzalandırsa, Çin əks tədbirlərlə öz maraqlarını qətiyyətlə müdafiə edəcək. Əvvəllər Pekin ABŞ sanksiyalarına cavab verərkən ilk növbədə öz prinsiplərini diplomatik dillə və öz mövqeyini bəyan etməklə ifadə edirdi. Çinin əks tədbirləri "Rusiya-Ukrayna münaqişəsi fonunda Çin firmalarına qarşı ABŞ-ın hərəkətlərinin həddindən artıq absurdluğunu açıq şəkildə vurğulayır", - deyə Haidonq qeyd edib.

Türkan

Sitat.info



Xəbər xətti