Qəzzada öldürülən İsrail əsgərlərinin sayı açıqlanıb

00:50 27 May 2024

Qəzzada öldürülən İsrail əsgərlərinin sayı 635-ə yüksəlib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, mayın 22-də Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda ağır yaralanan əsgərin öldüyü bildirilib.

Ölən əsgərin Kfir briqadasının Netzah Yehuda batalyonundan olan 20 yaşlı serjant Bezalel Zvi Kovaç olduğu bildirilib.

Bununla da, 7 oktyabr 2023-cü ildən bu yana şəhid olan İsrail əsgərlərinin sayı 286-sı quru işğalı prosesində olmaqla, 635-ə yüksəlib.

Türkan 

Sitat.info

​​​​​​



Xəbər xətti